Rusiyada dövlət borcu rekord vurdu

11:30 14.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya vətəndaşlarının borcu apreldə 13 faiz artaraq 30 trilyon rubl həddini keçib. Bu məbləğ 364 milyard dollara uyğundur.

Hafta.az-ın yazdığına görə, aprel ayında ümumi borc artımının həcmi Mərkəzi Bank tərəfindən 527 milyard rubl və ya 6,4 milyard dollar olaraq açıqlanıb.

Mərkəzi Bankın hesabatlarında qeyd olunur ki, ilin birinci rübündən etibarən vətəndaşların qənaət etməyə meyli azalmağa başlayıb, istehlak aktivliyi isə artıb.

Mütəxəssislər bu qənaətdədirlər ki, borcun həcminin artmasında bankların kredit götürmək istəyənlərə tələblərinin yumşaldılması da rol oynayıb.