Rusiyada əhali artımını təşviq etmək üçün atalara da pul veriləcək

09:10 04.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya atalara və analara uşaq sahibi olmaği həvəsləndirmək üçün maddi yardım etməyi düşünür.

Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, müvafiq təklif Sosial Şuranın Əhali, Ailə, Uşaq və Ənənəvi Dəyərlər Komissiyasından gəlib. Komissiya ailələrə “matkapital” adlanan analıq kapitalına əlavə olaraq 1 milyon rubl (10700 dollar) atalıq kapitalı verilməsini məsləhət görür. Komissiya üzvləri hesabatlarında mövcud tendensiyalar davam edərsə, 6 il ərzində ölkə əhalisinin ən azı 6 milyon nəfər azalacağı ilə bağlı xəbərdarlıq ediblər.

Təklifə əsasən, atalıq kapitalı ailələrə yalnız bir dəfə ayrılacaq.

Rusiyada analıq kapitalı proqramı 2007-ci ildə başlayıb. İlkin olaraq ikinci və üçüncü uşağa verilən dəstək 2020-ci ildən etibarən birinci uşağa daxil edilməklə genişləndirilib. Ötən il proqramdan 911902 ananın faydalandığı bildirilir.