Rusiyada elektron pul kisələri bloklanır

10:33 13.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın “PayPal” elektron ödəniş sistemi martın 18-dən Rusiyada elektron pul kisələrini bloklayacaq.

 

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, “PayPal Ukraynadakı hadisələrə görə, Rusiyadan ödənişlərin göndərilməsini və bu ölkəyə qəbulunu dayandırmaq qərarına gəlib.

 

"Mümkün əlavə xidmət pozuntularını minimuma endirmək üçün 18 mart 2022-ci il tarixinədək hesabınızdan balansı götürməyinizi sizdən xahiş edirik" - məlumatda qeyd olunub.