SuperJob insan resursları xidməti məzunları ən yüksək maaş alan Rusiya universitetlərinin adını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, siyahının başında orta əməkhaqqı 165 min rubl (1960 dollar) olan Moskva Dövlət Diplomatik İnstitutu (MGIMO) qərarlaşıb. Rusiyada xarici işlər işçiləri adətən MDBMİ-ni bitirirlər.
VSE Ali İqtisadiyyat Məktəbinin məzunları da orta hesabla 150 min rubl əməkhaqqı ilə işləyirlər. Üçüncü yer orta hesabla 140 min rublla Moskva Dövlət Universitetinin (MDU) məzunlarına məxsusdur. Bu üç məktəbi 135 min rublla Maliyyə Universiteti, 130 min rublla Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyası (RANHiGS) izləyir.
Moskvadan kənarda siyahıda ən yüksək yer tutan təhsil müəssisəsi Sankt-Peterburq Dövlət Universitetidir. Bu universitetin məzunları orta hesabla 120 min rubl əməkhaqqı ilə işləyirlər.