Yazını böyüt
Yazını kiçilt
Rusiyada fırıldaqçılar gündə 8,6 milyon dəfə potensial qurbanlara zəng edirlər. “Sberbank” keçən il bu rəqəmin 5 milyon civarında olduğunu açıqlamışdı.
Hafta.az-ın yazdığına görə, bank rəsmiləri kiber fırıldaqçılıq fəaliyyətinin 90 faizinin telefon vasitəsilə həyata keçirildiyinə diqqət çəkib.
Halların 77 faizində fırıldaqçılar telefonla əlaqə saxladıqları qurbanları pul köçürməyə və ya hesablarını “təhlükəsiz hesaba” çevirmək üçün rüsum ödəməyə inandırmağa çalışırlar.
Bəzi hallarda fırıldaqçıların özünü bankir kimi təqdim etmək üçün videozəng üsulundan istifadə etdiyi öyrənilib.