Yazını böyüt
Yazını kiçilt
Rusiyada işçi qüvvəsi çatışmazlığında rekord artım qeydə alınıb.
Hafta.az-ın FinExpertiza şirkətinin məlumatlarına istinadən yazdığına görə, kadr axtarış elanlarının sayı işsizlərin sayından 4 dəfə çox olub.
Ölkədə işsizlik səviyyəsi 2,9 faizlə tarixi aşağı səviyyədədir.
İş üçün müraciət edən hər bir şəxsə düşən kadr axtarış elanlarının sayı 2021-ci ildə 2,1, 2022-ci ildə isə 2,5 olub.
Bu gün ölkədə işçi qüvvəsi çatışmazlığının ən çox olduğu yerlər aşağıdakı kimidir:
Tulada 20,6 faiz, Leninqrad vilayətində 13,6 faiz, Nijni Novqorodda 12,7 faiz, Yamalo-Nenetsk Muxtar Rayonunda 11,3 faiz, Amur vilayətində 10,9 faiz, Tatarıstanda 9,9 faiz, Xabarovskda 8,8 faiz, Kaluqada 8, 7 faiz, Yəhudi Muxtar Vilayətində 8,5 faiz, Pskovda 8,1 faiz və sair.