Yazını böyüt
Yazını kiçilt
Rusiyada koronavirusa yoluxanların sayı 2 milyon nəfəri keçib.
Hafta.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 23 610 nəfər virusa yoluxub, 463 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 2 015 608 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 34 850 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 1 526 656 nəfər virusdan sağalıb, 454 102 nəfərin müalicəsi isə davam edir.