Rusiyada məktəbə silahlı basqın: 7 ölü, 18 yaralı

14:08 11.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Kazan şəhərində orta məktəbə silahlı hücum zamanı 8 nəfər həlak olub.

APA-nın xəbərinə görə, bu barədə Tatarıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tatarıstan prezidenti Rüstəm Minnixanov hadisə yerində jurnalistlərə açıqlamasında orta məktəbə silahlı hücum zamanı 8-ci sinif şagirdləri olan 7 uşağın həlak olduğunu, onlardan dördünün oğlan, üçünün qız olduğunu söyləyib. Həlak olanlardan biri isə müəllimdir.

Hadisə nəticəsində 16 nəfər yaralanıb.

***

Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada ölənlərin sayı 13-ə çatıb.

“REN TV”nin teleqram kanalı xəbər verir ki, 16 nəfər xəstəxanaya yerləşdirilib.

Ölənlərdən çoxunun şagird olduğu bildirilir.

İlkin məlumata görə, məktəbə basqın edənlər iki nəfər olub. Onlardan biri-17 yaşlı oğlan əməliyyat başlayan zaman güc strukturları tərəfindən saxlanılıb. Məktəbdə gizlənən ikinci cinayətkarın isə bir az əvvəl məhv edildiyi bildirilir.

**11:33

 

Rusiyanın Kazan şəhərində yerləşən orta məktəblərin birinə daxil olan silahlı şəxs şagirdlərə atəş açmağa başlayıb.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Məktəb binasında olan şagirdlər və müəllimlər silahlı şəxsdən xilas olmaq üçün özlərini pəncərədən küçəyə atıblar.

Son məlumata görə, silahlı hücum nəticəsində altı şagird və bir müəllim öldürülüb.