Rusiyada pnevmaniya yayılır, çox sayda məktəb bağlandı

10:38 21.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın 16 regionunda pnevmoniyaya yoluxma hallarında həyəcanverici sürətli artım müşahidə olunub. Xüsusilə uşaqlar arasında rast gəlinən bu vəziyyətə görə bir çox məktəblər bağlanaraq distant təhsilə keçib. Xəstəliklərin əsas səbəbinin mikroplazmanın səbəb olduğu pnevmoniyadır. Mütəxəssislər bu xəstəliyin öskürək, döş qəfəsində ağrı, tənəffüs çətinliyi kimi əlamətlərlə meydana gəldiyini vurğulayırlar.

Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, immunoloq Dr. Zoya Skorpileva bildirib ki, uşaqların sıx məktəb siniflərində olması xəstəliyin yayılmasını sürətləndirir. O, həmçinin bildirib ki, müntəzəm havalandırma və təmizlik işləri aparılmayan yerlərdə risk daha da artır.

Ekspertin sözlərinə görə, epidemiyanın yayılmasının qarşısını almaq üçün gigiyena tədbirləri ilə yanaşı, uşaqlar imkan daxilində ictimai yerlərdə olmaqdan çəkinməli və pnevmoniyaya qarşı peyvənd təşviq edilməlidir.

Mütəxəssislərin fikrincə, mövsümi dəyişikliklər və izdihamlı məktəb mühiti bu epidemiyanın yayılmasını sürətləndirən amillərdəndir. Bundan başqa, bəzi bölgələrdə gigiyena və havalandırmanın qeyri-kafi olması da xəstəliyin daha sürətlə yayılmasına səbəb olur. Məktəblərdə Covid-19 tədbirləri yenidən həyata keçirilir. Lakin ekspertlər xəbərdarlıq edir ki, bu tədbirlər kifayət olmaya bilər.