Rusiyada ŞƏKƏR İZDİHAMI - FANTASTİK QİYMƏT ARTIMI

19:43 17.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynaya hücumlara görə Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində qiyməti sürətlə qalxan şəkəri almaq üçün Rusiya xalqı bazarlara axışıb.

Hafta.az xəbər verir ki, Qərb ölkələrinin Ukraynaya hücumlarına görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar ölkədə çaxnaşma yaradıb. Ərzaq məhsullarının idxal-ixracının qadağan olunması və bəzi məhsulların daşınmasında yaranan problemlər səbəbindən şəkər ehtiyatlarının azalması qiymətlərdə də özünü göstərib.

Orta hesabla 70-100 rubl) olan şəkərin qiyməti 350 rubla qalxıb. Şəkər böhranından sonra rus xalqı demək olar ki, hər bölgədə bazarlara axışıb. Moskvaya ən yaxın bölgə olan Vladimir şəhərində bazara yeni gələn qənd bağlamalarını almaq üçün xüsusilə qocalar və qadınlar bir-birini əzəcəkdilər.
Eyni görüntülər Ryazan və Yekaterinburqda yaşandığı halda, ən maraqlı görüntü Kaluqa şəhərindən gəlib. Səhər saatlarda bazarın açılmasını gözləyən Kaluqa əhalisi qapıların açılması ilə birlikdə götürdükləri səbətlərlə konfet koridoruna hücum edib. Həmin anlar marketin təhlükəsizlik kamerasına əks olunub.

Rusiyada şəkər səbəbiylə izdihamın görüntüləri qısa zamanda sosial mediada yayılsa da, bütün ölkədə müzakirələrə səbəb olub. Nijni Novqorod qubernatoru Qlep Nikitin şəhərə şəkərin başqa bölgələrdən gətiriləcəyini və anbar sahiblərinin məhsulları əllərində saxladıqlarına görə peşman olacaqlarını bildirib.

Rusiyada şəkər ehtiyatı çox olan bölgələrdən az ehtiyatlı bölgələrə şəkər göndəriləcəyi ilə bağlı açıqlamalar verilərkən, Penza vilayətindən Nijni Novqorod bölgəsinə şəkər daşımalarının başladığı öyrənilib.