Yazını böyüt
Yazını kiçilt
Dünyanın hər yerində "Kovid-19" pandemiyasının zərərləri unudulub, həyat normallaşıb, lakin Rusiyada bu virusa yoluxma halları yenidən kəskin artmağa başlayıb.
Hafta.az-ın yazdığına görə, "Kovid"lə mübarizədən məsul federal qurumun verdiyi açıqlamada, son bir həftədə ölkə daxilində "Kovid" hadisələrinin 32,8 faiz, virus səbəbiylə xəstəxanaya yerləşdirilən xəstələrin sayının isə 25,3 faiz artdığı bildirilib.
Qeyd olunub ki, bu müddət ərzində ölkənin 79 rayonunda koronavirusa yoluxma artıb.
Rusiyada bir həftə ərzində 54797 nəfər koronavirusdan sağaldığı halda, 90 nəfər dünyasını dəyişib.
26 noyabr 2023-cü il tarixinə Rusiyada təxminən 79 min "Kovid" hadisəsi qeydə alınıb.