Rusiyada Sony, LG və Bosch mağazaları bağlanır

09:10 29.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada qalan LG, Bosch və Sony mağazalarının son məhsullarını sataraq qapılarını bağlamağa başlayıb. Ləğvetmə prosesinin yaya qədər başa çatdırılması nəzərdə tutulur.

Hafta.az-ın “Kommersant” qəzetinə istinadən yazdığına görə, qəzetə danışan sənaye nümayəndələri xarici brend məhsulların satıldığı mağazaların icarə müqavilələrinin pozulması və gələcək cəzaların qarşısını almaq üçün bu günə qədər mağazalarını bağlamadığını, lakin bu prosesin yavaş-yavaş başladığını bildiriblər.

Xəbərə görə, Türkiyə və Çin markaları bazardan çıxan markaları əvəz edir. Qəzet bu vəziyyətə misal olaraq Moskvanın Afimol rayonunda bağlanan LG mağazasının yerini “Arçelik”ə məxsus “Grundig” mağazası ilə əvəz etdiyini göstərib.

Oxunma sayı 199