Yazını böyüt
Yazını kiçilt
Rusiyada sərt spirtli içkilərin istehlakı son 7 ildə ən yüksək həddə çatıb.
Hafta.az-ın “FinExpertiza” şirkətinin məlumatına istinadən yazdığına görə, ölkədə adambaşına sərt spirtli içkilərin satışı 7,2 litrə yüksəlib. Hansı ki, ötən il bu rəqəm 7 litr olub.
Beləliklə, Rusiyada sərt spirtli içkilərin istehsalı 2017-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Araq, konyak, likör, şampan və tərkibində 25 faizdən çox spirt olan digər içkilər sərt alkoqollu içkilər kateqoriyasına daxildir.
Araq hələ də Rusiyada ən çox istehlak edilən sərt spirtli içkilərdəndir. Ölkə üzrə adambaşına araq istehlakı 5,3 litrdir.