Rusiyadan Azərbaycana "Sputnik V" vaksinin ilk partiyası gətirilib

16:23 06.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyadan Azərbaycana "Sputnik V" koronavirus vaksininin ilk partiyası gətirilib.

Hafta.az-ın məlumatına görə, bunu Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.

O bildirib ki, ilk partiya 200 min dozadan ibarətdir.

Nazir müavini əlavə edib ki, iki ölkə arasında münasibətlər dərin köklərə malikdir.