Rusiyadan ən bahalı tur: 272 min dollara Belek tətili

10:48 12.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Turoperatorları Assosiasiyası 2023-cü ildə ölkə vətəndaşlarının aldığı ən bahalı turpaketləri açıqlayıb. Siyahının başında 6 nəfərlik ailə üçün 6-7 günlük Antalya tətili gəlir.

Hafta.az-ın yazdığına görə, Bələkdəki “Maxx Royal Belek Golf Resort”da istirahət edən ailənin bu tur paketi 24,5 milyon rubla (273 min dollar) aldığı bildirilir.

İkinci yerdə beş nəfər üçün 22,4 milyon rublla 15 günlük Maldiv tətili gəlir.

Dörd nəfərin səkkiz günlük tətil üçün 22,3 milyon rubl ödədiyi turpaket üçüncü yerdədir.

Rusiya daxilində 6,5 milyon rubla Sibir çayı kruizi keçən ilin ən bahalı tur paketi olub.