Ermənistanın şantaj yolu ilə Rusiyadan hərbi yardım tələb etməsinə rusiyalı politoloqların cavabı özünü çox gözlətməyib.
Hafta.az-ın məlumatına görə, rusiyalı hərbi ekspert Yuri Lyamin bildirib ki, İrəvan KTMT üzvü və Rusiya ilə müqaviləsi əsasında Moskvadan yardım istəyə bilər:
"Lakin bu məsələdə son qərar Rusiyaya məxsusdur. Kömək edəcək, ya etməyəcək Moskva özü bilər".
Digər rusiyalı ekspert Roman Silantyevin isə məsələyə baxışı daha konkretdir:
"Müqavilələrə əsasən biz Ermənistanın suverenliyini qorumalıyıq. Lakin burada əsas məqam odur ki, sərhəd ərazilərdə demarkasiya işləri necə aparılıb. Ermənistan haradan başlayır. Ərazi dağlıq olduğu üçün bütün bunlar problemdir. Fikrimcə, lokal münaqişələr və təxribatlar olacaq. Bunlar əvvəllər də baş verirdi".