Yazını böyüt
Yazını kiçilt
Misirdə bir neçə gün əvvəl Qırmızı dənizdə rus turisti yeyən köpək balığının balzamlaşdırılmış cəsədini muzeydə sərgiləmək qərarına gəliblər.
Hafta.az xəbər verir ki, bu barədə yerli "MZ-MZ" nəşri məlumat yayıb.
“Dünən, bazar ertəsi Misirin Qırmızı Dəniz qubernatorluğunda Dəniz Elmləri və Qırmızı Dəniz Qoruqları İnstitutunun mütəxəssisləri institutun muzeyində sərgilənməyə hazırlıq məqsədilə rusiyalı turistə hücum edən köpəkbalığının balzamlaşdırılması prosesinə başlayıblar”, - məlumatda belə deyilir.
Qeyd olunur ki, rusiyalı turistin bədəninin yarısı - başı, sinəsi və qolları balıqçılar tərəfindən tutulan köpək balığının qarnından çıxarılıb. Rusun bədəninin qalan hissələri isə bilavasitə dənizdə tapılıb.