Rusiyanın Çindən avtomobil idxalı beş ayda 3 dəfə artıb

11:50 21.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

usiya Federal Gömrük Xidməti ilin ilk 5 ayında Çindən avtomobil idxalının 3 dəfə artdığını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Federal Gömrük Xidmətinin (FCS) rəhbəri vəzifəsini icra edən Ruslan Davidov bildirib ki, yanvar-may aylarında Çindən Rusiyaya avtomobil idxalı əvvəlki illərlə müqayisədə təxminən 3 dəfə artıb.

Xüsusilə, Çindən gətirilən xüsusi texnika və yük maşınlarında xeyli artım müşahidə olunub. Eynilə, ilin ilk 5 ayında Çindən tikinti texnikası idxalı da təxminən 8 dəfə artıb.

Bildirək ki, Avropa şirkətləri ölkəni tərk etdikdən sonra Rusiya Çindən idxalı artırmağa başlayıb.

May ayında minik avtomobilləri bazarı 2,6 dəfə artsa da, aprelin nəticələrindən bir qədər aşağı olub. Ümumilikdə 72 min avtomobil satılıb və bunun 30 faizdən çoxu yerli Lada olub. AvtoVAZ Granta modeli ən çox satılan avtomobil olmağa davam edərkən, Çin markalarının ilk 3 avtomobili də çox satılanların siyahısında yer alıb.