Rusiyanın hava limanlarını dronlardan qoruyacaq system yoxdur - "İzvestiya"

12:15 01.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“İzvestiya” qəzeti yazıb ki, Rusiyada hava limanlarında dron hücumlarından qorunmaq üçün vasitələr yoxdur. Qəzet hava limanının nümayəndələrinə əsaslanaraq bildirir ki, sözügedən avadanlıqların alınması və istifadəsi ilə bağlı ölkədə heç bir tənzimləmə mövcud deyil.

Hafta.az-ın yazdığına görə, PUA-lardan qoruyan avadanlıq istehsal edən şirkətin rəsmisi qəzetə bildirib ki, hazırda federal rayonlarda FSB, Rosqvardiya və digər qurumların iştirakı ilə toplantılar keçirilir və bu görüşlərdə mühafizəsi vacib olan mühüm obyektlərin siyahısı açıqlanıb. O əlavə edir ki, səlahiyyətli hava limanları da bu siyahılara daxil ediləcək.

Rusiyada aviasiya qaydalarını tənzimləyən “Rosaviatsia” agentliyi ilə hava limanı administrasiyaları arasında mövzu ilə bağlı yazışmaların davam etdiyi öyrənilib.

Mütəxəssislər bu fikirdədirlər ki, hava limanlarının pilotsuz uçuş aparatlarına qarşı qoruyucu avadanlıq ala bilməsi üçün hava yollarının təhlükəsizliyini tənzimləyən qanunlara dəyişiklik etmək lazım gələ bilər. Bununla belə, təhlükəsizlik üzrə analitiklər qeyd edirlər ki, yuxarıda qeyd olunan avadanlıqlar yalnız kvadrokopter tipli çoxmühərrikli dronlara qarşı effektivdir. Hava hücumundan müdafiə sistemləri təyyarələri və ya raket tipli dronları zərərsizləşdirmək üçün lazımdır.

Oxunma sayı 222