Rusiyanın maşın bazarlarında köhnə avtomobillər satılır

11:24 16.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya avtoparkında orta yaş 15-ə yaxındır. Avtomobil statistikası xidməti “Avtostat”, 2023-cü ilin əvvəlinə orta yaş həddi 14,7 olaraq hesablandığını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, “Avtostat” analitikləri qeyd edir ki, bura orta hesabla taksilər, avtomobil paylaşan nəqliyyat vasitələri və şirkət parkları daxildir. Buna əsaslanaraq analitiklər belə qənaətə gəliblər ki, adi sürücülərin əlində olan avtomobillər daha köhnə olmalıdır.

Ölkə üzrə ən köhnə nəqliyyat vasitələri 21,4 il ilə Uzaq Şərq Federal Dairəsindədir. Ən gənc avtomobillər isə Volqa Sahili Federal Dairəsində olub orta hesabla 13,2 ildir.

Ekspertlət yaxın illərdə avtomobil parkının köhnəlməyə davam edəcəyini proqnozlaşdırırlar.