Rusiyanın “Qrad” və “Smerç” raketləri istehsal edən zavodu müflis oldu

18:58 29.01.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Rusiya Federasiyasının Baş Prokurorluğu “Qrad” və “Smerç” yaylım atəşli reaktiv sistemlərin(YARS) və “Tornado-G” və “Tornado-S” idarəolunan raket sistemlərinin yeganə istehsalçısı olan “Motovilixin zavodları” müəssisəsinin iflas işi ilə məşğul olur”.

Hafta.az “UNİAN”-a istinadla xəbər verir ki, bu haqda “Defence Ekspres” yazır.

Qeyd olunur ki, “Motovilixin zavodları” özəl müəssisədir və onun səhmləri dörd nəfərə məxsusdur. Görünür, 2002-ci ildən etibarən onlar zavodun əmlak və avadanlıqlarını ödəməyi planlaşdırmadıqları kreditlər müqabilində tədricən girov qoymağa başlayıblar və bununla da istehsalçını iflasa sürükləyiblər.

Şirkət hələ 2018-ci ildə müflis elan edilib, lakin sahiblərinin borclarını ödəmək üçün əmlakın satılması proseduru əslində başlamayıb. Yalnız 2023-cü ildə zavodun mədəniyyət mərkəzini endirimli qiymətə satmaq mümkün olub.

"Bundan belə nəticə çıxır ki, “Motovilixin zavodları” müflis elan edilsə də, bu, yalnız onların maliyyə resurslarına aid olub, lakin YARS və idarə olunan raket silahlarının əsas istehsal gücləri qorunub saxlanılıb. Bu paradoks "müəssisə maliyyə cəhətdən müflis elan edildi" ifadəsi ilə izah edilib”- nəşr yazır.

Məqalədə o da bildirilir ki, 2023-cü ildə Rusiya Federasiyasının Baş Prokurorluğu işə qarışıb, çünki söhbət Rusiya müdafiə sənayesinin yalnız formal olaraq özəl olan strateji əhəmiyyətli müəssisəsindən gedir.