Rusiyanın son çarəsi - İLDIRIM ƏMƏLİYYATI

11:11 18.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya ilə Ukrayna arasında müharibə 23-cü günə qədəm qoyub. Müharibəyə son qoymaq üçün diplomatik səylər davam etsə də, cəbhə xətti həm də qaynar toqquşmalara səhnə olur. Döyüşdə axtardığını tapa bilməyən və ağır itkilər verən Rusiyanın tək və son hücumla qələbə qazanmağı hədəflədiyi iddia edilir.

Hafta.az xəbər verir ki, Rusiyanın Ukraynanın mühüm liman şəhəri Odessaya hücumu an məsələsidir. Şəhər qorxu ilə Qara dənizdə yerləşən Rusiya donanmasının növbəti addımını gözləyir. Digər tərəfdən, ekspertlər bunun bir taktika olduğunu və Rusiyanın Ukraynanı “aldatmağa” cəhd etməklə tamam başqa hədəfi gizlətdiyini iddia edirlər.

Hərbi taktiki analitiklərin fikrincə, Rusiya faktiki olaraq ordunu digər batalyonlarla birləşdirərək Ukraynanı ölkənin cənubundan mühasirəyə almağı və son “ildırım hücumu” ilə müharibədə qalib gəlməyi planlaşdırır.

Rusiya dəniz qüvvələri bir müddətdir gözlənilən Odessa hücumu üçün Qara dənizdə toplaşmağa davam edir. Orduya nəzarət edən və gedişləri bir-bir təhlil edən ekspertlər hesab edir ki, bu, Ukrayna ordusu generallarının fikrini yayındırmaq və əsl hədəfi gizlətmək üçün bir hiylədir.
Ruslar Ukrayna donanmasının episentri olan Odessaya hücum etmək əvəzinə, bu yerdən yan keçib Nikolayevdən davam etməli və əvvəlcə şimala getmiş kimi davranaraq, cənubdan Ukraynanı keçməyi düşündüyünü bildirirlər. Kreml Rusiya sərhədinə yaxın Donetsk və Luqanskdan zərbələr endirməyi planlaşdırdığı bildirilir.

Rus generalların bu planı doğrudursa, Putinin müharibə başlayandan bəri iddia etdiyi məqsədinin “Ukraynanı tərksilah etmək” olduğunu düşünmək olar. Bu, rusların Ukraynanın böyük şəhərlərinin arxasınca getməməsi, sadəcə olaraq Ukrayna ordusunu bir dairədə tələyə salıb nəzarət altına almaq istəməsi kimi yozula bilər.

Sam Cranny-Evans və Dr. Sidharth Kauşalın fikrincə, Odessanı hədəf alan döyüş gəmisi və Qara dəniz sahillərinə çatan amfibiya hərbi maşınlar Rusiyanın bu taktikasını gizlətmək cəhdlərinin sübutu ola bilər. Hazırda minlərlə əsgər daşıya bilən bu amfibiya vasitələrinin sayı getdikcə artır və Qara dənizdə Rusiyanın 30 hərbi gəmisi və sualtı qayığı var.

Rusiyanın mühasirəyə aldığı Kiyev, Nikolayev, Mariupol kimi şəhərləri hədəfi göründüyündən də artıq ola bilər... Hətta ola bilsin ki, onlar Qərbi Kiyevə yönəltmək və Rusiyanın əsl hədəfi haqqında yanlış təsəvvür yaratmaq istəyirlər.

Digər tərəfdən, Rusiya həqiqətən də Kiyevi ələ keçirmək məqsədi boşa çıxa bilərdi. Şəhərin və ətraf rayonların Ukrayna tərəfindən müdafiəsi və onu keçə bilməməsi Rusiyanı taktikanı dəyişməyə məcbur etmiş ola bilər.

RUSİ-nin məlumatına görə, Ukraynanın Kiyevdən başqa daha bir ağırlıq mərkəzi var, o da Donetsk və Luqanskdır. Rusiya sərhəddindədirlər və rusiyapərəstdirlər. Bu bölgədə Rusiyanın dəstəklədiyi qüvvələrin tutduğu mövqelər də bölgəni üç fərqli rakursdan mühasirəyə almağı hədəfləyir:

1- 58-ci Rus Birliyi Krımdan yola düşüb şərqə Zaporojyaya, oradakı ruspərəstlərlə birləşməkdir. Məqsədi Donbassdan olan 8-ci bölmə ilə birləşmək.

2- 6-cı Tank Alayı isə Xarkovu ələ keçirməyə və oradakı Ukrayna ordusunun sursatlarını tükətməyə çalışmış kimi görünərək Poltavaya gedəcək və Donetsk və Luqanskdakı Ukrayna qüvvələrinin qaçmasının qarşısını alacaq.

3- Rusiyanın 20-ci Motoatıcı alayı Nikolayevə doğru irəliləyəcək, daha sonra Odessaya doğru irəliləyəcək və Dnepr çayının qərbindəki torpaqları ələ keçirəcək.

Rusiya ordusunun bu “xarici” hücumları çoxlu müdafiə şəbəkələrini dağıtmaq və Ukrayna ordusunu parçalamaqla onu zəiflətmək üçün planlaşdırıla bilər. Mütəxəssislər hesab edirlər ki, bu plan doğru olarsa, xüsusilə Dnepr çayı bölgəsi kritik əhəmiyyət kəsb edə bilər.

Rusiyanın böyük şəhərləri ələ keçirərək üstünlük əldə etmək cəhdi real plan deyil. Onun Xarkov kimi yerlərdə Ukrayna qüvvələrini aşkar edib vurmaqla əsas məqsədlərinə çatmağa çalışması daha məntiqli görünür.

Ekspertlər qeyd edirlər ki, bu, Ukrayna üçün kritik dönüş nöqtəsi ola bilər və ölkə ordusunun mühasirəyə alınması Rusiya üçün qələbə deməkdir.

Bu taktika Ukrayna xalqını və ordusunu qorxuda bilməsə də, Rusiya Donetsk və Luqanskın tərksilah edildiyini, məqsədə çatdığını bəyan edib, Krım kimi buranı ilhaq edə bilər və bununla da müharibə başa çatacaq.

Digər tərəfdən, Ukrayna rəsmiləri rusların gücünün tükənməyə başladığını və bu səbəbdən Kiyevi ala bilmədiklərini iddia edirlər. Prezidentin müşaviri Oleksiy Arestoviç iddia edib ki, rus qoşunları Kiyev yaxınlığında gözləməyə məcbur olub. Qərb rəsmiləri də rusların Kiyevə hücum etmək üçün çox yorulduqları fikrini dəstəkləyir.

7000 rus əsgərinin məhv edildiyi və onların 10 faiz texnikasının ya ələ keçirildiyi, ya da yararsız hala salındığı düşünülür. Hesab edilir ki, bu, Ukraynanın Rusiya ordusunu “dayanan” vəziyyətində saxlamaq üçün kifayət edə bilər.

Bunun sülh danışıqlarının irəliləyişinə imkan yarada biləcəyinə inam da artır.