Rusiyanın Ukraynaya göndərdiyi GİZLİ SİLAHLAR AŞKARLANDI

11:44 15.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ kəşfiyyat rəsmiləri Rusiyanın Ukraynaya göndərilən raketlərə sirli sursat yerləşdirdiyini açıqlayıb. Mütəxəssisləri belə heyrətə salan gizli tələnin görüntüləri ortaya çıxarkən, sözügedən sistemin atılan raketlərin hava hücumundan müdafiə sistemlərindən qaçmasına kömək etdiyi açıqlanıb.

Hafta.az xəbər verir ki, dünya Rusiyanın Suriyadan gətirdiyi əcnəbi döyüşçülərin Ukraynanın taleyini dəyişə biləcəyindən danışarkən, diqqət çəkən başqa bir iddia ABŞ-dan gəlib.

Amerika kəşfiyyat rəsmiləri Rusiyanın Ukraynaya atdığı ballistik raketlərin sirli sursatının olduğunu açıqlayıb. Adı açıqlanmayan bir kəşfiyyat rəsmisinin sözlərinə görə, gizli döyüş sursatlarının hər biri təxminən 30 sm uzunluğunda, dart şəklindədir və narıncı quyruğu olan ağ formadadır.

Bəs bu gizli sursat nə edir? “The New York Times” qəzetindəki iddiaya görə, sirli sursatlar Rusiyanın sərhəddən atdığı “İsgəndər-M” qısa mənzilli ballistik raketlərinə bağlıdır və raketlər onların hava hücumundan müdafiə sistemləri tərəfindən hədəf alındığını aşkar etdikdə işə düşür. Hər bir döyüş sursatı düşmən radarlarını aldatmaq üçün siqnallar yaradan və raketlərə təsir etmək üçün qızdıran elektron mexanizmə malikdir.

Rusiyanın indiyədək kəşf edilməmiş kiçik fırıldaqları Ukrayna hava hücumundan müdafiə sistemlərinin “İsgəndər” raketlərini tutmaqda niyə belə çətinlik çəkdiyini izah etməyə kömək edə bilər.

Dart şəkilli sursatın fotoları iki həftə əvvəl sosial şəbəkələrdə yayılmağa başlayıb. Hətta müharibə ekspertləri və kəşfiyyat analitikləri əvvəlcə onların sursatın ölçüsünə və formasına əsaslanaraq kaset silahlarından bomba olduğunu düşünsələr də, həqiqət hər kəsi təəccübləndirib.

Britaniya Ordusunda 22 il partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə zabiti, daha sonra 10 il İraqın cənubunda, Afrikada və başqa yerlərdə mülki bomba texnikası kimi xidmət edən Riçard Stivens deyib: “Çin və Rusiyanın çoxsaylı hücumlarının şahidi oldum, lakin belə bir döyüş sursatı görməmişdim." Stivens hərbi və mülki bomba zərərsizləşdirilməsi üzrə ekspertlər üçün öz saytına sursatların fotolarını yükləyib.

Kəşfiyyat rəsmiləri sözügedən cihazların Soyuq Müharibə tələlərinə bənzədiyini bildirib. Middlebury Beynəlxalq Araşdırmalar İnstitutunun nüvə silahının yayılmasının qarşısının alınması üzrə professoru Jeffrey Lewis, sözügedən sursatın Qərbin əlinə keçdiyinə diqqət çəkərək, Rusiyanın bu mövzuda səhlənkarlığına diqqət çəkib və deyib:

"Rusiya NATO-nun İsgəndərin əks-tədbirlərini məğlub etmək üçün çalışacağını bilir. Bu müharibə Moskvanın gizli tələsini ifşa etməsi üçün kifayət qədər vacib olmalıdır. Açığı, NATO-nun silah-sursatları ələ keçirib yoxlaması onların vecinə deyil, amma mən əhəmiyyət verərdim".