Rusiyaya hazır geyim ixracı kəskin artıb

09:50 08.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

RİA agentliyi Rusiyaya ən çox hazır geyim məhsulları ixrac edən ölkələri açıqlayıb. Bu ölkələr Çin, İtaliya, Türkiyə, Almaniya və Banqladeşdir.

Hafta.az-ın yazdığına görə, Çinin ixracı 2,6 milyard dollar təşkil edir. Türkiyə isə Rusiyaya 472 milyon dollarlıq məhsul satır.

Son bir ildə Rusiyaya hazır geyim ixracını ən çox artıran ölkələr Qazaxıstan və Myanma olub.

Agentlik bildirir ki, Qazaxıstan 3,5 dəfə, Myanma isə 3,2 dəfə artım əldə edib. Xəbərə görə, türk tekstil istehsalçıları Rusiyaya satışlarını 1,4 dəfə artırmağı bacarıb.