Rusiyaya işləməyə gedənlər: ən yüksək maaş o bölgələrdə verilir

11:15 20.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Sberbank"a bağlı təhlil mərkəzi olan "Sberindeks" Rusiyadakı maaşlarla bağlı hesabatını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, araşdırmalar zamanı məlum olub ki, ölkədə orta aylıq əməkhaqqı son bir ildə 9,3 faiz artaraq 47392 rubla və ya 563 dollara çatıb.

Rusiyada orta aylıq əməkhaqqının ən yüksək olduğu sektorlar mədənçıxarma (80,9 min rubl), maliyyə və sığorta (67,8 min rubl), İT və telekommunikasiya (65,7 min rubl) sektorudur.

Ən aşağı orta aylıq əməkhaqqı idman və əyləncə sektorundadır - 37800 rubl.

Rusiyada orta aylıq əməkhaqqının ən yüksək olduğu yerlər Çukotka (97300 rubl), Yamalo-Nenetsk (81100 rubl) və Moskvadır (81 min rubl).

Ən aşağı orta aylıq əməkhaqqının olduğu yaşayış məntəqələri İnquşetiya (29,5 min rubl), Qaraçayevo-Çərkəz (33,2 min rubl) və Kabardin-Balkardır (33,3 min rubl).