Ruslar bu il səyahət və təmir üçün pul yığacaqlar

09:50 12.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sber sığorta şirkətinin araşdırması göstərir ki, Rusiya vətəndaşları yeni ildə səyahətə çıxmaq və ya evlərini təmir etmək üçün pul yığmaq niyyətindədirlər.

Hafta.az-ın yazdığına görə, dekabrda keçirilən sorğuda iştirak edənlərin 81 faizi qənaət etmək niyyətindədir.

Yığdıqları pulla ev və ya torpaq almağı hədəfləyənlərin nisbəti yüzdə 12 olaraq açıqlanıb. 39 faizin əksəriyyəti səyahət və ya tətilə getmək üçün pul yığmaq istəyir. 24 faizdən ibarət qrupun məqsədi yaşadıqları mənzili təmir etməkdir.

Yaxınlarına hədiyyə almaq üçün pul yığacağını bəyan edənlərin nisbəti 18 faiz olduğu halda, 17 faizin məqsədi müalicə üçün pul yığmaqdır.