Ukraynanın Dövlət Evakuasiya Zonalarının İdarə Olunması Agentliyi elan edib ki, Rusiya qoşunları xeyli miqdarda radioaktiv tullantıları emal edən Mərkəzi Analitik Laboratoriyaları “talayıb və məhv edib”.
Hafta.az xəbər verir ki, Ukraynanın Dövlət Evakuasiya Ərazilərinin İdarə Olunması Agentliyi Facebook-da bildirib ki, Rusiya qoşunları Çernobılda böyük miqdarda radioaktiv tullantıları emal edən ən yeni Mərkəzi Analitik Laboratoriyanı “talayıb və məhv ediblər”. "Bu gün düşmənin əlində olan laboratoriyada son dərəcə aktiv nümunələr və radionuklid nümunələri olub", - məlumatda deyilir. Bildirilib ki, qurulması təxminən 6 milyon avroya başa gələn laboratoriyada Avropanın heç bir yerində rast gəlinməyən “qiymətli analitik avadanlıq” da var.
1986-cı ildə dünyanın ən böyük nüvə qəzasının baş verdiyi Çernobıldakı stansiya işlək vəziyyətdə deyil, lakin hələ də daimi nəzarət tələb edir. Köhnə nüvə zonası böyük narahatlıq yaratmağa davam etsə də, Ukrayna parlamenti peykdən çəkilmiş görüntülərə əsaslanaraq, elektrik stansiyasının ətrafında meşə yanğınlarının baş verdiyini bəyan edib.