Son zamanlar Rusiya vətəndaşlarının xaricə ən çox investisiya qoyduğu səhmlər araşdırılıb.
Hafta.az-ın “Morgan Stanley”ə istinadən yazdığına görə, Rusiya vətəndaşlarının Hindistan səhmlərinə investisiyaları 2023-cü ilin son üç ayında 8,4 faiz artımla rekord qırıb.
Dumanın deputatı Aleksey Qovirin Rusiya vətəndaşlarının Hindistana yatırdığı investisiyaların 2 milyard dollara çatdığını bildirib.
Qovirin, “Rusiya vətəndaşları birjalarda səhmlərə sərmayə qoyur, fondlar vasitəsilə investisiya yatırır və istiqraz alırlar. Hindistanın yüksək iqtisadi artımı, müxtəlif sektorlar üzrə perspektivləri, demoqrafik göstəriciləri və ölkələr arasında yaxşı münasibətlər sayəsində bu maraq var”, - o deyib.
Ekspertlər bildirirlər ki, Hindistanın iqtisadi artımı, həm də Rusiya üçün “dost ölkə” olması onu rus investorlar üçün cəlbedici edir.