Ruslar ən çox Türkiyə və Çinə işgüzar səfər edir

10:05 26.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya vətəndaşlarının işgüzar səfərlərində artım davam edir. Rusiyalı iş adamlarının səyahətlərində ən çox artım olan ölkələr Türkiyə və Çindir.

Hafta.az-ın “Kommersant” qəzetinə istinadən yazdığına görə, Rusiyada işgüzar səfərlərin ümumi səfərlərdə payı 2023-cü ildə dörd dəfə artaraq pandemiyadan əvvəlki səviyyəyə çatıb. Bunun daha çox Çin və digər Asiya ölkələri və Türkiyəyə səfərlərin artması ilə əlaqədar olduğu bildirilir.

2023-cü ildə Rusiya vətəndaşlarının işgüzar səfərlərinin 22 faizini xarici səfərlər təşkil edib. Son bir ildə bu göstəricidə 16,5 faiz artım olub.