Rusiyada hər 9 nikahdan birində, yəni təxminən 11 faizində “xəyanət” etiraf edilib.
Hafta.az-ın yazdığına görə, “RİA Novosti”nin sifarişi ilə “SuperJob” xidmətinin keçirdiyi sorğuda bildirilir ki, iştirakçılar aldatmanın üç əsas səbəbini göstəriblər: Ailə problemləri (14 faiz), yenilik axtarışı-fərqlilik (12 faiz), sevgi və fizioloji ehtiyaclar (9 faiz).
Kişilər ümumiyyətlə xəyanətlərini yenilik axtarışı və fiziologiya ilə izah edərkən, qadınlar ailə mübahisələrini və böhranlarını ön plana çıxararaq “intiqam hissi” ilə aldatdıqlarını bildirirlər.
Aldatma nisbəti kişilər üçün 14 faiz, qadınlar üçün isə 7 faiz təşkil edir.
Daha da əhəmiyyətlisi odur ki, sorğuda iştirak edənlərin 76 faizi xəyanətə son dərəcə mənfi baxır və aldadılan şəxsin “ehtimal ki, evliliyə son qoymalı” olduğunu düşünür.
39 faiz boşanmağın "mütləq" olduğuna inandığı halda, 37 faiz "boşanmağın daha yaxşı olacağını" düşünür.
Kişilər qadınlardan daha sərt olsalar da, statistikaya görə, onlar daha çox aldadırlar.
Milli sorğu 525 yaşayış məntəqəsindən 18 və yuxarı yaşda olan 3 min nəfər arasında aparılıb.
2015-ci ildə aparılan daha köhnə sorğuya görə, nikahda xəyanət nisbətləri kişilərdə 14 faiz, qadınlarda isə 7 faiz olub.