Ruslar kimə səs verəcək: Putinə, yoxsa müxalifətə?

11:33 07.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada mart ayında keçiriləcək prezident seçkiləri üçün namizədlər müəyyənləşərkən, sorğunun nəticələri gəlməkdə davam edir.

Hafta.az-ın yazdığına görə, illərdir prezidentlik edən və bu seçkilərə müstəqil olaraq qatılan Vladimir Putin ölkə daxilində aparılan bütün sorğularda ən yüksək səsi alır.

Rusiyaboyu keçirilən son sorğunun nəticələrinə görə, “Bu bazar günü seçki olsaydı, kimə səs verərdiniz?” sualına cavab verən vətəndaşların 62,2 faizi Putunin adını çəkib.

Putinlə qarşılaşmağa hazırlaşan bütün müxalifət namizədlərinin ümumi səs nisbəti 10 faizdən aşağı olaraq qalır.

Bu cədvələ görə, Rusiyada vətəndaşlarının Putinə inamı davam edir.

Seçkilərdə prezident Putinə qarşı çıxmaq üçün lazımi imzaları toplayan müxalifət namizədi Boris Nadejdinin səs nisbəti 7,8 faiz olaraq görülür.

1999-2003-cü illərdə Dumanın deputatı olan Nadejdin prezident seçiləcəyi təqdirdə müharibəni dayandıracağını və rus əsgərləri Ukraynadan çıxaracağını vəd edir.

Sorğuda iştirak edənlərin 8,1 faizi heç bir namizədi dəstəkləmədiyini, 7,8 faizi isə qərarsız olduğunu bildirib. İştirakçıların 4,2 faizi bu suala cavab vermək istəməyib.

Müstəqil ictimai rəy sorğuları göstərir ki, hazırkı prezident Vladimir Putin Rusiyada keçirilən seçkilərdə ən yaxın rəqiblərini böyük üstünlüklə ötüb və 60 faizdən çox səs toplayıb.

Hökumətə yaxın şirkətlərin sorğularında Putinin səs nisbətinin 70 faizdən çox olduğu göstərilir.