Ruslar üçün ən qonaqpərvər ölkə Tacikistandır

09:20 24.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yeni araşdırma üzə çıxarıb ki, Rusiya vətəndaşları üçün ən qonaqpərvər ölkələr Mərkəzi Asiyadakı keçmiş sovet respublikalarıdır.

Hafta.az-ın yazdığına görə, rusların gəlişinə ən müsbət münasibət göstərən ölkə Tacikistan olsa da, Gürcüstanda əks əhval-ruhiyyə hökm sürür.

Platformanın araşdırmasına görə, Qazaxıstan və Belarusda əhalinin 50 faizi rusların gəlişinin onların həyatına ciddi təsir etməyəcəyini düşünür. Gürcüstan yüzdə 21 ilə rusların gəlişinin onların həyatlarına mənfi təsir edəcəyini bəyan edən ən yüksək nisbətə sahib ölkədir. Lakin gürcülərin 40 faizi ölkəyə köçən rusların müsbət töhfə verəcəyini düşünür. Ermənistanda bu göstərici 73 faizə qədər yüksəlir.

Rusların gəlişindən sonra xidmət sektorunun inkişaf edəcəyinə və yerli əhalinin gəlirlərinin artacağına nikbin baxanların nisbəti Tacikistanda yüzdə 55 ilə ölçülüb. Qırğızıstanda bu göstərici 42 faizdir.