Rusiyanın Ukraynada müharibənin ikinci ilinə qədəm qoymasına günlər qalmış, ölkə daxilində aparılan son sorğunun nəticələri olduqca diqqətəlayiq idi.
Hafta.az-ın yazdığına görə, “Levada Mərkəzin” keçirdiyi son sorğunun nəticələrinə əsasən, ictimaiyyətin əhəmiyyətli hissəsi – 66 faizi kraynadakı hərbi əməliyyatı dəstəkləyir, lakin onlar bu bunun üçün ölkələrinin ağır bədəl ödədiyini düşünür.
Digər tərəfdən, Rusiyanın ağır bədəl ödədiyini düşünənlərin 44 faizi Ukraynada müharibəyə başlamağın yanlış qərar olmadığı qənaətindədir. Sorğunun nəticələrinə görə, ümumilikdə Rusiyadakı vəziyyətdən razı olan insanların 63 faizi Ukrayna müharibəsinə görə “ağır bədəl ödəndiyi” qənaətindədir. Ölkələrinin “doğru yolda” olmadığını düşünənlər 75 faizdir.
Ukrayna müharibəsinin Rusiya ilə NATO arasında silahlı münaqişəyə səbəb ola biləcəyini düşünənlərin nisbəti kifayət qədər yüksəkdir. Sorğu iştirakçılarının 44 faizi bu riskin mövcudluğuna inanır.