"Rusiyalı analar bundan sonra ölən övladlarının cəsədlərini görə bilməyəcəklər".
Hafta.az-ın yazdığına görə, bu barədə axşam saatlarında yeraltı sığınacaqda jurnalistlərə açıqlama verən Ukrayna prezidenti Vladimir Zelenski deyib. Dövlət başçısı deyib ki, onlardakı məlumata əsasən, Rusiya cəbhə xəttinə ölmüş hərbçilərinin cəsədlərini yandırmaq üçün xüsusi maşınlar gətiriblər. Ona görə də, övladını müharibəyə göndərən analar ciddi fikirləşsinlər.
Zelenski bildiirb ki, Ukraynanın tarixi qətiyyən "300 Spartalı"nın hekayəsini yaratmayacaq. Ölkəmdə sülh istəyirəm. Öz torpaqlarımızı qorumaq üçün hər şeyə hazırıq", - prezident deyib.
Dövlət başçısı Ukraynanın gələcəyi necə olacaq, hökumətin Kiyevi Rusiyanın bir parçası, separatçı rejimləri də müstəqil dövlət olaraq tanıyıb-tanımayacağına dair suala cavabda bildirib ki, rus ordusu ukraynalılardan beşqat çoxdur, saysız-hesabsız tankları var. Amma əsas odur ki, ruslar gəlib Ukrayna torpaqlarında həlak olurlar və heç kim burada neçə nəfərin öldüyünü saymır.