Rusları, erməniləri əndişələndirən “Türk dünyasının xəritəsi” - FOTO

17:38 18.11.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana “Türk dünyasının xəritəsi”ni hədiyyə edib.

Hafta.az xəbər verir ki, xəritə artıq bir çox rus və erməni saytlarında, sosial şəbəkələrində müzakirələrə səbəb olub. Bir çox şərhlərdən də görünür ki, türk dövlətlərinin birliyinin yaradılması istiqamətində atılan addımlar ruslar və erməniləri qorxuya salıb. Qeyd edək ki, xəritədə Rusiyanın bəzi bölgələri də yer alıb.

Xəritədə bir sıra ölkələr, o cümlədən Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan qırmızı rənglə göstərilib. Rusiyanın bəzi cənub bölgələri, Şərqi Sibir, Balkanların bir hissəsi, İran, Monqolustan və Çinin şimal-şərqində yerləşən Sincan-Uyğur Muxtar Bölgəsi narıncı və ya sarı rəngdədir.