Sabah bəzi yollar buz bağlayacaq

18:09 24.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 25-nə avtomobil yollarında vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, yanvar ayının 25-də gecə və səhər saatlarında Bakı-Quba, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yexlax, Quba-Qusar, Göyçay-Ucar, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Ucar-Zərdab-Ağcabədi, Hacıqabul-Şirvan, Şuşa-Füzuli, Naxçıvan-Şahbuz, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.

Həmçinin dağlıq rayonlarda bəzi yolların buz bağlayacağı ehtimalı var.