Yazını böyüt
Yazını kiçilt
Biləsuvarın sabiq icra başçısı - 8 il 3 ay həbs cəzasına məhkum edilmiş Mahir Quliyevin cəzaçəkmə yeri dəyişdirilib.
Hafta.az xəbər verir ki, məhkəmə məhkumun xəstəliyi ilə bağlı belə qərar qəbul edib. Mahir Quliyev ciddi rejimdən daha yüngül - ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb.
Qeyd edək ki, eks-icra başçısı 2020-ci ildə korrupsiya ittihamı ilə həbs edilib. 5 ildir həbsdədir.
O, hazırda həkim nəzarətində saxlanılır. /qafqazinfo/