Sabirabad sakini bıçaqlanıb

11:59 09.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 8-də gecə saatlarında Sabirabad rayonunun Bulduq kənd sakini Ə.Səmədovun müxtəlif dərəcəli kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Araşdırmalar çərçivəsində həmin şəxsin izahatı alınıb. Faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir.