Sabirabad sakini özünü bıçaqlayıb

21:19 06.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabadda intihara cəhd hadisəsi baş verib.

 

Hafta.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Zəngənə kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1995-ci il təvəllüdlü Nəsirov Anar Qüdrət oğlu özünə bıçaqla xəsarət yetirib.

 

Yaralı qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Onun üzərində dərhal əməliyyat aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.