Sabirabadda ağır qəza olub: 2 nəfər ölüb

15:08 10.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, “Mercedes” və “Chevrolet” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.

Hadisə saat 13 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Zalqarağac kəndindən keçən hissəsində baş verib. Qəza nəticəsində Süleymanov Arzuman Məzahir oğlu və Mədətov Zaur Xudayar oğlu həlak olublar. Ağır xəsarət alan şəxs - 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.