Sabirabadda yanğın olub

23:52 07.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Yenikənd kəndində ümumi sahəsi 150 m² olan kürsülü birmərtəbəli 5 otaqlı evin (doldurma palçıq və qamışdan ibarət) yanar konstruksiyaları və ev əşyaları, yaxınlıqda 2 ədəd traktor qoşqusunun təkərləri və qoşqulara yığılan 8 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi, traktor və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.