Şabran sakinlərindən odlu silahlar aşkarlanıb

16:42 14.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şabran sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin əməkdaşları xidmətdə olduqları zaman yol kənarından müxtəlif markalı 3 ədəd ov tüfəngi aşkar edərək götürüblər.

 

Faktlar üzrə Şabran RPŞ-də müvafiq araşdırmalar aparılır.