Şabranda qadın kimyəvi məhluldan zəhərlənib

11:54 16.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şabranda qadın kimyəvi məhluldan zəhərlənib

"Report un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Şabran şəhərində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Gülsurə Şaban qızı Hacıyeva evdə təmizlik işləri apararkən "ACE" adlı kimyəvi məhlulun kəskin qoxusundan özünü pis hiss edib.

O, yaxınları tərəfindən Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ona xəstəxanada Kimyəvi zəhərlənmə diaqnozu qoyulub.

Xəstəyə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.