Şagirdin sinifdə qadın müəlliməni döyməsinin VİDEOSU YAYILDI

19:15 15.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyada Tulada məktəbli sinif rəhbərinin üzünə yumruqla vurub. Hadisə videoya çəkilib, müvafiq video kadrlar Myslo Telegram kanalı tərəfindən yayımlanıb.

Videoda sinifdə yazı lövhəsində dayanan rusiyalı yeniyetmənin qadın müəllimənin üzünə yumruq vurması əks olunub. Qadın uşağın yerinə qayıtmasını xahiş edir, digər uşaqlar baş verənlərə qarışmır.
Sonradan məlum olub ki, şagird müəllimlərə ilk dəfə deyil, hücum edir. Tula prokurorluğu video ilə maraqlanıb və yoxlama təşkil edib.

Uşağın anasına qarşı inzibati protokol tərtib edilib. Bundan əlavə, təhsil müəssisəsi şagirdin evdə təhsilə keçirilməsi üçün sənədləri hazırlayır. Onun məktəbdən köçürüləcəyi bildirilir.