Şahzadə Həmzə dövlət çevrilişinə cəhd ilə əlaqədar saxlanılıb - İordaniya XİN

21:27 04.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İordaniya kralının ailəsindən olan şahzadə Həmzə bin Hüseyn xarici dövlətlərlə birgə ölkədə qeyri stabil vəziyyət yaratmağı planlaşdırıb.

Bu barədə İordaniyanın xarici işlər naziri Ayman Səfadi bazar günü jurnalistlərə açıqlamada bildirib.

Məlumata əsasən, daha 20 nəfər təhlükəsizlik səbəbi ilə saxlanılıb. Dövlət çevrilişinin hansı dövlətlərlə birgə planlaşdırılması bildirilmir. HazırdaHəmzə bin Hüseyn və bir neçə yüksəkrütbəli zabit ev dustaqlığında saxlanılır.