Salyan sakinindən 2,5 kq heroin götürülüb

14:18 29.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Həşim Zayıdov saxlanılıb.


DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, onun üzərindən 2 kiloqram 500 qram heroin aşkarlanıb.


Faktla bağlı cinayət işi başlanılıb, H.Zayıdov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.