Salyanda ağır qəza - bir nəfər öldü

09:53 26.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə Salyan rayonunun Şorsulu kəndi ərazisində baş verib.

Belə ki, “VAZ” markalı minik avtomobili yol kənarında dayanmış “Qazel” markalı yük avtomobilinə çırpılıb.

Qəza zamanı “Qazel”-in yanında olan kənd sakini, 1986-cı il təvəllüdlü Feyzullayev Ruslan Mərdan oğlu iki avtomobilin arasında qalaraq ağır xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib. Piyada aldığı ağır xəsarətlərdən ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.