Avstriyanın Salzburg şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Avstriya Azərbaycanlıları Cəmiyyətin təşkilatçılığı ilə iftar süfrəsi açılıb.
Hafta.az-ın yazdığına görə, öncə Qurani-Kərimdən ayələr oxunub.

Mərasimdə Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov iftar süfrəsində iştirak edənləri salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edib. O, Azərbaycanda, eləcə də xaricdə yaşayan azərbaycanlıların hər zaman birlik-bərabərliklə açdıqları iftar süfrələrinin öz milli-mənəvi dəyərlərinin yaşatmasında, ənənəvi tolerantlığı nümayiş etdirilməsində önəmindən söz açıb.

Tədbirdə 44 günlük Vətən müharibəsindən bir ildən çox keçməsinə baxmayaraq, qələbə sevincini bizlərə bəxş edən şəhidlərimizin əziz xatirələri yad edilib, ruhlarına dualar oxunub.
İftar süfrəsində iştirak edənlər bir-birilərini və harada yaşamasından asılı olmayaraq bütün Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik ediblər. Daha sonra Ramazan duası oxunub.