Şamaxıda zəlzələ olub

09:00 22.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yerli vaxtla saat 05:07-də Qobustan stansiyasından 35 km cənub-qərbdə, Şamaxı rayonunda 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Hafta.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.