Samvel Babayan “seçki günü” Xankəndində mitinq keçirərsə, qarşidurma olacaq

19:10 08.09.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, sabah -sentyabrın 9-da Azərbaycan Respublikası ərazisində Kreml tərəfindən  32 il öncə qondarılmış separatçı-terrorçu rejimin qanunsuz “parlament”ində qondarma “prezident” “seçkisi” keçiriləcək.

Hafta.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, “parlament”dəki “Azad Vətən”, “Ədalət”, “Daşnaksütyun”, “Artsax demokratik partiyası” fraksiyaları “preziden”tliyə hazırkı “dövlət naziri” Samvel Şahramanyanın namizədliyini kimi irəli sürüb. “Vahid Vətən” fraksiyası isə keçmiş “müdafiə naziri” Samvel Babayanın namizədliyini irəli sürüb. Lakin Qarabağda ardıcıl 10 ildən az yaşaması səbəbindən S.Babayanın namizədliyi qəbul olunmayıb. Odur ki, qondarma kriminal xuntanın “prezident”liyinə yeganə namizəd Samvel Şahramanyandır.

Daha əvvəl yayılmış məlumata görə, qanunsuz səsvermə sabah - sentyabrın 9-da “ “parlament”də olacaq. Namizədliyi keçməyən Samvel Babayanın tərəfdarları həmin gün saat 16:00-da “həmvətənlərini ona dəstək üçün aksiya keçirməyə çağırıblar.

Bu arada separatçı rejimin qondarma “prezident” aparatı siyasi dairələrə “prezident”in son dövrlər verdiyi “fərman”a əsasən bəzi hallar istisna olmaqla kütləvi toplantıların qadağan olunduğu və “qanun”u pozanların ciddi cəzalandırılacağı mesajını çatdırıb. Beləliklə, Samvel Babayanın sabah elan etdiyi mitinq dolayısıyla qadağan olunub. Onun və tərəfdarlarının mitinq keçirməyə cəhd göstərdiyi halda isə “polis”lə qarşıdurma yaranacaq...